lider-media.az

2026-cı ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

Baxış: 1201 Tarix: Сегодня, 11:51

2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub. Onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2026-cı ilin yanvar-iyun aylarında 2025-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 533 92,4
Məkanına görə:    
magistral avtomobil yollarında 87 117,6
yaşayış məntəqələrində 446 88,7
İşıqlılıq vəziyyətinə görə:    
gündüz vaxtı 206 79,8
toran vaxtı 91 113,8
gecə vaxtı 236 98,7
Yol örtüyünün vəziyyətinə görə:    
quru yol örtüyü 497 89,2
digər (yaş, buz və s.) 36 180,0
Zərərçəkənlərin sayı, nəfər 689 84,9
həlak olanlar 285 91,1
yaralananlar 404 81,0

 Bütün yol-nəqliyyat hadisələrinin 43,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,0 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi