lider-media.az

Ölkədə demoqrafik vəziyyət haqqında

Baxış: 185 Tarix: Сегодня, 10:50

Ölkə əhalisinin sayı ilin əvvəlindən 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb.

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 798 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 9,0-dan 8,0-a enib. Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqları olub. Körpələrdən 1 420-si əkiz, 57-si isə üçəmdir.

Cari ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm hallarının sayı 5,8-dən 6,0-a yüksəlib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9 776 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı     4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi