Ölkəmizin xarici ticarət əlaqələri
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə
məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunmuşdur.
Lider-Media.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tambaşa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri
nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26239,4
milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 15446,2 milyon dollarını və ya 58,9
faizini ölkədən ixrac olunmuş məhsulların, 10793,2 milyon dollarını (41,1 faizini) isə idxal
məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4653,0 milyon dollar məbləğində müsbət saldo
yaranmışdır. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki
qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz
azalmışdır.
2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin
eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz, real ifadədə 16,3 faiz azalaraq
1874,7 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici
ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3
faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi
Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla
Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2
faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz
olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının
payına düşmüşdür.
İxracın 36,8 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 4,1 faizini
Rusiyaya, 3,7 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,5
faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 2,4 faizini Almaniyaya, 2,3 faizini
Yunanıstana, 2,0 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,8 faizini Rumıniyaya, 1,5
faizini Tailanda, 1,0 faizini Tunisə, hər biri 0,8 faiz olmaqla Niderland və İndoneziyaya, hər
biri 0,7 faiz olmaqla Ukrayna, İspaniya və Serbiyaya, 0,6 faizini ABŞ-a, 4,7 faizini isə digər
ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,2 faiz), Türkiyəyə
(18,9 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,5 faiz), İsveçrəyə (4,2 faiz), Omana (3,5 faiz),
Ukraynaya (3,3 faiz), Türkmənistana (2,8 faiz), Qazaxıstana (2,0 faiz), Almaniyaya (1,7
faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,3 faiz),
Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Çin, 17,8 faizi Rusiya,
12,0 faizi Türkiyə, 5,7 faizi ABŞ, 5,5 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,1 faizi İran, 2,7
faizi İtaliya, 2,2 faizi Koreya, 2,1 faizi Belarus, hər biri 1,9 faiz olmaqla Türkmənistan və
Yaponiya, hər biri 1,5 faiz olmaqla Ukrayna və Kanada, 1,4 faizi Birləşmiş Krallıq, hər biri
1,2 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla
Özbəkistan və Qazaxıstan, 0,8 faizi Polşa, hər biri 0,7 faiz olmaqla İspaniya və Vyetnam,
10,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm
məhsul növlərindən şəkər ixracı 24,2 faiz, tütün – 3,6 dəfə, meyvə və tərəvəz şirələri – 1,1
faiz, meyvə və tərəvəz konservləri – 19,5 faiz, bitki yağları – 4,2 dəfə, marqarin, qida üçün
yararlı digər qarışıqlar – 3,0 dəfə, çay – 5,3 faiz, pambıq lifi – 90,5 faiz, mineral gübrələr
– 2,3 dəfə, bentonit gili – 10,1 faiz artmış, təzə meyvə ixracı isə 0,5 faiz, təzə tərəvəz - 2,3
faiz, kartof – 32,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 32,7 faiz, polipropilen – 25,1
faiz, polietilen – 29,6 faiz, elektrik enerjisi – 66,7 faiz, emal olunmamış alüminium – 18,8
faiz, sement klinkerləri – 7,5 faiz, qara metallardan çubuqlar – 28,3 faiz, pambıq ipliyi
– 16,7 faiz, qara metallardan borular – 40,4 faiz azalmışdır.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında təzə
meyvə idxalı 32,4 faiz, xam şəkər – 4,0 faiz, bitki yağları – 38,0 faiz, kərə yağı, digər süd
yağları və pastaları – 64,7 faiz, unlu qənnadı məmulatları – 14,2 faiz, şokolad və şokolad
məhsulları – 17,9 faiz, çay – 15,5 faiz, quş əti və onun əlavə məhsulları – 17,9 faiz, mal əti
– 86,7 faiz, təzə tərəvəz – 68,2 faiz, qara metallardan borular – 18,2 faiz, hesablama
maşınları, blok və qurğuları – 18,1 faiz, yük avtomobilləri – 26,0 faiz, məişət kondisionerləri
– 45,7 faiz, sintetik yuyucu vasitələr – 2,1 faiz, mebellər – 52,4 faiz, qara metallardan
çubuqlar – 45,5 faiz, mineral gübrələr – 47,9 faiz, paltaryuyan maşınlar – 6,7 faiz,
polipropilen – 29,7 faiz, qara metallardan künclüklər – 1,2 faiz, avtobuslar – 62,5 faiz,
sement – 7,5 faiz artmış, buğda idxalı isə 20,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 71,1 faiz,
minik avtomobilləri – 12,6 faiz, dərman vasitələri – 27,6 faiz, polad prokatı – 8,2 faiz, rezin
şinlər – 13,2 faiz, polietilen – 7,8 faiz, məişət soyuducuları – 2,4 faiz azalmışdır