AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.
Qazaxıstan Azərbaycan Hava Yollarının beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir.
Atırau istiqamətinə biletləri www.azal.az rəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.


“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət