lider-media.az

2026-cı ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

Baxış: 1340 Tarix: 12-08-2026, 10:33

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,2 faiz artıb.

ÜDM istehsalının 34,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 21,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,5 faiz, digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, sənayedə 0,5 faiz artıb, tikintidə isə 9,4 faiz azalıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi