lider-media.az

2026-cı ilin taxıl biçini başa çatmaq üzrədir: sahələrdən 3 131,9 min ton məhsul yığılıb

Baxış: 1130 Tarix: Сегодня, 12:41

2026-cı il avqustun 3-nə olan operativ məlumata görə, payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93,0 faizi biçilib. Sahələrdən 3 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 534,8 min tonu (49,0 faizi) buğdanın, 1 561,2 min tonu (49,9 faizi) arpanın, 35,9 min tonu (1,1 faizi) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Ötən ilin müvafiq tarixi (2025-ci il avqustun 5-i) ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz, o cümlədən arpa üzrə 15,9 faiz çox, buğda üzrə isə 2,1 faiz azdır. Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur, hər hektardan məhsuldarlıq isə 33,6 sentnerdən 36,5 sentnerə yüksəlib. Respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb. Göstəricilər operativdir, biçin başa çatmaq üzrədir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi