lider-media.az

Bugünədək sahələrdən 1087507 ton taxıl yığılıb – OPERATİV MƏLUMAT

Baxış: 198 Tarix: 21-06-2025, 14:05

Taxıl sahələrinin 35,6 faizində biçin başa çatıb Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə payızlıq əkin sahələrinin 35.6 faizində biçin başa çatıb, sahələrdən 1087507 ton məhsul yığılıb. Buğda sahələrinin 13.2 faizi, arpa sahələrinin isə 62.1 faizi biçilib.

Hazırda orta məhsuldarlıq buğda üzrə 35.3%, arpa üzrə isə 32.2% təşkil edir.

Biçin prosesində 1604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd), Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub.

2024-2025-ci təsərrüfat ilində əkilmiş 426623 hektar arpa sahəsinin 264861 hektarı biçilib, sahələrdən 852176 ton arpa yığılıb.

Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 faizdən çoxdur.

Hazırda respublikanın 51 rayonunda aktiv biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi