Hər il iyulun 22-si Azərbaycanda böyük ehtiramla qeyd olunan Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın maarifçilik tarixinin, milli düşüncə salnaməsinin və dövlətçilik ənənələrinin təntənəsidir. Düz 151 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoymaqla yanaşı, xalqın milli özünüdərkinə, elmə, maarifə və azad fikrə çağırış edən böyük ideoloji məktəb yaratdı. Bu məktəbin ideyaları zamanın sərt sınaqlarından keçərək müasir Azərbaycanın müstəqil mediasında öz layiqli davamını tapmışdır.
Milli mətbuatın keçdiyi yol mürəkkəb, lakin şərəfli olmuşdur. Müxtəlif tarixi mərhələlərdə siyasi təzyiqlərə, senzura və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan mətbuatı milli kimliyin, dövlətçilik ideyalarının və ictimai fikrin formalaşmasında müstəsna rol oynamışdır. Xüsusilə müstəqillik illərində bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da yeni mərhələ başlandı. O, demokratik cəmiyyətin əsas sütunlarından biri olan söz və mətbuat azadlığını dövlət quruculuğunun mühüm prinsipi kimi dəyərləndirirdi. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində 1998-ci il 6 avqust tarixində Azərbaycanda kütləvi informasiya vasitələri üzərində dövlət senzurası ləğv edildi. Bu mühüm qərar ölkəmizdə azad sözün inkişafına geniş yol açmaqla yanaşı, Azərbaycanı postsovet məkanında senzuranı ləğv edən ilk dövlətlərdən birinə çevirdi.
Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən "Kütləvi informasiya vasitələri haqqında" Qanun, milli mətbuatın hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət etdi. Sonrakı illərdə qəzetlərin vergi yükünün azaldılması, nəşriyyat borclarının silinməsi, media qurumlarına dövlət dəstəyinin göstərilməsi, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılması istiqamətində ardıcıl addımlar atıldı. 2000-ci il martın 27-də imzalanmış "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" Fərman isə milli mətbuat tarixində ilk dəfə yubiley tədbirlərinin dövlət səviyyəsində qeyd olunmasına zəmin yaratdı.
Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Dövlət başçısı informasiya cəmiyyətinin çağırışlarını nəzərə alaraq milli medianın müasir inkişaf konsepsiyasını formalaşdırmış, jurnalistikanın rəqabət qabiliyyətinin artırılması, peşəkarlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan mətbuatının 130, 135, 140, 145, 150 illik yubileyləri yüksək səviyyədə qeyd edilmiş, yüzlərlə media əməkdaşı dövlət mükafatları ilə təltif olunmuşdur. Dövlət başçısının təşəbbüsü ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılmış, media subyektlərinə sistemli dövlət dəstəyi göstərilmişdir.
Müasir dövrdə media sahəsində aparılan islahatların mühüm mərhələlərindən biri də "Media haqqında" Qanunun qəbul olunması və Medianın İnkişafı Agentliyinin fəaliyyətinin təşkilidir. Bu addımlar informasiya məkanında şəffaflığın, peşəkarlığın və milli maraqların qorunmasına xidmət edən yeni institusional model formqalaşdırmışdır. Rəqəmsallaşmanın sürətlə genişləndiyi, dezinformasiyanın qlobal təhlükəyə çevrildiyi bir dövrdə Azərbaycan mediasının müasir standartlar4a uyğun inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir.
Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi dövründə də üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdi. Jurnalistlər cəbhədən operativ və obyektiv məlumatlar yayaraq informasiya savaşında dövlətimizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verdilər. Bu, milli medianın dövlətçilik maraqlarına sadiqliyinin və peşəkar məsuliyyətinin parlaq nümunəsi oldu.
Bu gün Azərbaycan milli mətbuatı “Əkinçi”nin işığından qidalanaraq müasir medianın bütün imkanlarını özündə birləşdirən yeni inkişaf mərhələsini yaşayır. Qarşıda duran əsas vəzifə yalnız operativ informasiya yaymaq deyil, milli mənəvi dəyərləri qorumaq, dövlətçilik maraqlarını müdafiə etmək, cəmiyyətdə sağlam ictimai rəy formalaşdırmaq və peşə etikası prinsiplərinə sadiq qalmaqdır.
Bu gün böyük inamla demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasəti milli mətbuatımızın gələcək inkişafının etibarlı təminatıdır. Əsası Həsən bəy Zərdabinin qoyduğu maarifçilik missiyası bu gün müstəqil Azərbaycanın güclü dövlətçilik ənənələri ilə vəhdət təşkil edərək xalqımızın tərəqqisinə xidmət edir. Bu şərəfli yol Azərbaycan jurnalistikasının dünəninin qüruru, bu gününün məsuliyyəti və sabahının ən möhkəm təminatıdır.
Nurəngiz Adilqızı


Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Demokratiyanın, siyasi plüralizmin, azadlığın daşıyıcıları
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət