lider-media.az

Laçın şəhərində "Sağlam həyat" günləri keçirilib

Baxış: 607 Tarix: 30-05-2024, 21:01

Mayın 28-29-da Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın  bulvarında 2 gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.

Bu barədə Lider-media.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi