lider-media.az

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Baxış: 447 Tarix: 13-05-2024, 18:43

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindənverilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb. İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.

Azərbaycanda digər idman növləri ilə yanaşı, ağırlıqqaldırmanın da inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqətin yetirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi