lider-media.az

WUF13 “Urban Expo” sərgisinin açılışı olub

Baxış: 1 141 Tarix: 18-05-2026, 10:51

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə sərginin rəmzi açılışını bildirən lent kəsilib.

Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi, həmçinin hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.

“Urban Expo” iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Burada mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunur.

Eyni zamanda, yeni yaradılmış “Biznes və innovasiyalar mərkəzi” adlı platformada təmsil olunan 45 şirkət və 14 startap layihəsi də sərgidə yer alır.

“Urban Expo”-un mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2,5 hektarlıq açıq hava məkanı - WUF13 Bulvarıdır. Burada iştirakçılar “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”, eləcə də “WUF Akademiyası” kimi müxtəlif sərgi və proqram məkanları ilə tanış ola bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi