Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.







Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət