lider-media.az

Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib

Baxış: 676 Tarix: 27-05-2024, 13:30

Mayın 26-da dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib. 

Lider-media.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 31 dövlət qurumundan 67 əməkdaş (56 kişi, 11 qadın) iştirak edib.

Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov birinci olub. Rauf Rzayev (Energetika Nazirliyi) yarışı ikinci, Elnur Mehtiyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Fidan Ağasıyeva (AZAL), İzzət Rəhimli (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Ülkər Maqsudova (SOCAR) fərqləniblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi