lider-media.az

Martın 31-i saat 9:00-a olan faktiki hava

Baxış: 2346 Tarix: 31-03-2026, 10:07

Martın 31-i saat 9:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır.
Qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş) 10 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33, Şəkidə (Kişçay) 32, Zaqatalada 23, Oğuzda 20, Balakən və Şahdağda 17, Xaçmazda 10, Qəbələdə 9, Naxçıvan və Şahbuzda 8, Şəmkirdə 7, Qusarda 6, Gəncədə 5, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 mm-dək qeydə alınır.
Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Lerikdə 19, Yardımlıda 18, Zəngilanda 17, Astarada 16, Zaqatala və Oğuzda 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi