olsaydı, gedib erməni mənfurlarını qırıb şəhid olardım. Anası deyib ki, müharibə
arzulama. Pəncalı da deyib, ölsəm, əmimdən artıq deyiləm ki".
Pəncalının əmisi 1-ci Qarabağ savaşında Ağdərə istiqamətində şəhid olub. O,
dilbər guşələrimizin işğal altında qalması ilə heç vaxt barışmırdı. Arzusu əmisinin və
minlərləşəhidimizinqanınıerməniqəsbkarlarındanalmaqidi.Hərbixidmətə
yollananda da bu arzusunun ardınca gedib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini
davam etdirən Pəncalı ötən ilin avqustunda türkiyəli hərbçilərlə birgə keçirilən təlimdə
sərrast snayperçi kimi iştirak edib.
Altı övladdan biri idi. O, bacılarını çox sevər, həmişə onların qulluğunda dayanar,
köməyini əsirgəməzdi. Şəhidin bacısı Şərafət Hüseynovanın xatirələrindən: “Qardaşım
həmişə bizə dəstək olurdu. Baxmayaraq ki, yaşı az idi, evimizə dəstək olurdu. Çox
zəhmətkeş qardaş idi. Həmişə qardaşımın sinəsində XTQ hərflərini görəndə fəxr
edirdim. Bu gün də fəxr edirəm, qardaşım adını tarixə yazdı”.