lider-media.az

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Baxış: 162 Tarix: 22-05-2024, 21:19

Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Lider-media.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.

Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.

97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.

Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi