lider-media.az

Azərbaycanın daha bir boksçusu Avropa çempionu tituluna yiyələnib

Baxış: 390 Tarix: 14-04-2024, 22:20

Azərbaycanın daha bir boksçusu Avropa çempionu tituluna yiyələnib

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.

Azərbaycan Boks Federasiyasından Lider-media.az-a verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı (kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.

Qeyd edək ki, komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) Avropa çempionu tituluna layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi