lider-media.az

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Baxış: 241 Tarix: 20-05-2024, 07:36

İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.

Lider-media.az xəbər verir ki, “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə İsveçin müxtəlif şəhərlərindən gələn 100-dən çox qonaq iştirak edib. Tədbirdə Azərbaycanın İsveçdəki səfirliyin və Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə xarici qonaqlar və diaspor nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “SAF” İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova çıxışında tədbirin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil edilməsini bildirib.

Sonra “Qarabağ” bazar günü məktəbinin şagirdləri qonaqların qarşısında “Uzundərə” rəqsini ifa ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi