lider-media.az

Vyanada Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə tur təşkil edilib

Baxış: 406 Tarix: 14-05-2024, 21:42

Vyanada Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə tur təşkil edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Vyanada haykinq turu təşkil olunub.

Lider-media.az xəbər verir ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə turda Avstriyada yaşayan tələbə və gənclər iştirak ediblər. Tur zamanı iştirakçılara Heydər Əliyevin keçdiyi siyasi yol, müasir Azərbaycan dövlətçiliyi uğrunda fəaliyyəti, gənclərə verdiyi daimi dəstək və önəm haqqında məlumat verilib. Həmçinin ASAP-ın gələcək planlarından da bəhs olunub və iştirakçılara qarşıdakı layihələr barədə məlumat verilib.

Haykinq turu Vyana şəhəri və Aşağı Avstriya federal əyaləti arasında yerləşən Kahlenberq və Leopoldsberq ərazisində keçirilib və Vyana şəhərinin ən yüksək nöqtəsi sayılan Kahlenberq dağında başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi