lider-media.az

Hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 25 nəqliyyat vasitəsi özəlləşdirilib

Baxış: 25132 Tarix: 24-09-2025, 16:23

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 25 nəqliyyat vasitəsi  satılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda Cəlilabad rayonunda yerləşən "Cəlilabad Şərab"  və paytaxtda olan “Moda” açıq səhmdar cəmiyyətlərinin səhm paketləri satılıb.  
Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4.900 manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8.700 manata, 1.800 manat olan “UAZ” markalı avtomobil isə 3.718 manata satılıb. Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə 
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.


        



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi