lider-media.az

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Qorunması Günüdür

Baxış: 21508 Tarix: 16-09-2025, 15:24

Hər il bu tarixdə dünya ictimaiyyəti ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır. Ozon təbəqəsi atmosferin stratosfer qatında yerləşərək, günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur və Yer üzündəki canlıların sağlamlığını qoruyur.
Lakin uzun illər xlor və brom tərkibli kimyəvi maddələrin istifadəsi nəticəsində ozon qatı incəlmiş, xüsusilə də Antarktika üzərində ozon deşiyi müşahidə olunmuşdur. Bu təhlükəli prosesin qarşısını almaq üçün 1985-ci ildə Vyana Konvensiyası, 1987-ci ildə isə Monreal Protokolu qəbul edilmiş və qlobal miqyasda mühüm nəticələr əldə olunmuşdur.
Bu il günün mövzusu “Elmdən qlobal fəaliyyətə”dir. Bu şüar elm adamlarının araşdırmalarının praktiki həllərə çevrilməsinin, hər kəsin məsuliyyətli davranışının vacibliyini vurğulayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi