lider-media.az

“Blumhouse” studiyası Koloradodakı ecazkar oteldə dəhşət filmləri sərgisi açacaq

Baxış: 235 Tarix: 31-01-2024, 09:21


“Get Out” (Rədd ol) və “M3gan” kimi filmlərin istehsalçısı olan “Blumhouse” studiyası dəhşətli süjetləri böyük ekrandan real həyata gətirərək, öz əhatə dairəsini genişləndirir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Blumhouse” şirkəti, Stefen Kinqin “Parıltı” romanı üçün ilham yeri olaraq adlandırılan Estes parkdakı “Stanley” otelində yeni sərgi açmağa hazırlaşır. “Blumhouse” studiyası Koloradonun Film, Televiziya və Media İdarəsi ilə əməkdaşlıq çərçivəsində 10 min kvadratmetrdən çox sahəsi olan “Stanley” Film Mərkəzinin sərgi sahəsinə nəzarət edəcək.

Ekspozisiya Akademiyanın qorxu və dəhşət filmlərinə həsr olunmuş mini-muzeyi kimi təqdim olunacaq və “Blumhouse” şirkətinin filmlər, TV şoular və oyunlar kataloquna əsaslanacaq.

"Budur, “Blumhouse” gəlir! Kolorado ştatının bu ecazkar otelində indi ştatın sakinləri və dünyanın hər yerindən gələn qonaqlar üçün turizmi təşviq edəcək və iqtisadiyyatımızı gücləndirəcək yeni əyləncə, qorxu elementləri ilə zəngin xidmət təqdim olunacaq” – deyə, ştatın qubernatoru Cared Polis açıqlayıb.

Şirkətin baş icraçı direktoru Ceyson Blum isə bildirib: “Stanley” oteli dəhşət filmlərinin pərəstişkarları üçün simvolik məkandır və sərginin məhz bu film mərkəzində fəaliyyətə başlaması onları bu sevimli əyləncələrinə daha da yaxın edəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi