Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izini itirmək üçün adını dörd dəfə dəyişdirdiyi Paşalı rayonu haqqında süjet hazırlanıb.
Lider-media.az "Report"a istinadən xəbər verir ki, “Qaregin Njdenin sovetlərə qarşı müqavimət mərkəzi” adlı süjetdə oğuz türklərinin yaşadığı bu ərazidə yerli əhalisinin sıxışdırılaraq etnik tərkibinin dəyişdirilməsindən və yer-yurd adlarının yadlaşdırılmasından bəhs olunub.
Bildirilib ki, Qərbi Azərbaycanın Dərələyəz mahalında ilk adı Soylan olan və toponimi “Paşalı” nəsil adı əsasında əmələ gələn eyni adlı rayonun ərazisi XVI əsrin əvvəllərində Səfəvi dövlətinin, sonra İrəvan xanlığının tərkibinə daxil olub. 16-17-ci əsrlərdə bu ərazinin döyüş meydanlarına çevrilməsi, 19-cu əsrdə ermənilərin bu əraziyə gəlişi nəticəsində bir çox tarixi abidə, kənd dağıdılıb, yerli əhali köçkün salınıb.
Qeyd olunub ki, 1918-ci, eləcə də 1930-cu illərdə kəndlərdən yerli əhali qovulub və yerinə Türkiyədən gətirilmə ermənilər yerləşdirilib. 1918-1920-ci illərdə rayon Qaregin Njdenin rəhbərliyi altında sovet hakimiyyətinə qarşı müqavimətin əsas mərkəzlərindən birinə çevrilib. 1921-ci ilin iyulunda bolşeviklərin əlinə keçən Soylan/Paşalı ərazisi Ermənistan SSR-in inzibati ərazi bölgüsünə daxil edilib. 1932-ci ildə çap olunan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi” kitabında Paşalı rayonunun ərazisində 60 kəndin olduğu göstərilir.
Diqqətə çatdırılıb ki, mərkəzi Paşalı olan eyni adlı rayon rəsmən 1931-ci il oktyabrın 15-də yaradılıb, 1956-cı il oktyabrın 12-dən etibarən Azərbaycanın bolşevik inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. 1991-ci ildə adı yenidən dəyişdirilərək Vayk rayonu qoyulub. Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında yaşadıqları bütün kəndləri tərk ediblər. Bu deportasiyadan sonra rayon üzrə 21 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Paşalı, yəni Vayk rayonuna şəhər statusu verilib və mərkəzi Keşişkənd, yəni Yeğeqnadzor olan Vayots Dzor mərzliyinə daxil edilib.
Sonda vurğulanıb ki, tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər havadarlarının dəstəyi ilə bu qədim türk-oğuz yurduna da sahib çıxıblar: “Lakin əminik ki, bu bölgənin əsl sahibi olan azərbaycanlılar yeni reallıqlara əsaslanaraq əzəli torpaqlarına qayıdacaq, hayların məkrli planlarını, xəyal və arzularını birdəfəlik puç edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.



31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir
İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib
Soltanlı kəndinin sakinləri doğma yurdlarında yeni həyata başlayırlar
Köç karvanı Zəngilanın Cahangirbəyli kəndinə çatıb
Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi
DSMF Dünya Pensiya Sammitində iki beynəlxalq mükafata layiq görülüb
Media və Yayım Şurası: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib
Mərhum bəstəkarın xanımından Prezidentə təşəkkür
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib
Müdafiə Nazirliyinin hərbi tibb heyəti Polşaya rəsmi səfər edib
Noyabrın 18-də gözlənilən hava şəraiti

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı