Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində 22 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 463 nəqliyyat vasitəsi satılıb.
Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövründə “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsi vasitəsilə satılmış səhmlərinin alıcısı tərəfindən müqavilə öhdəliklərinin icrası yekunlaşdırılıb.
“Bakı Ayaqqabı Fabriki” ASC ilə yanaşı, “Tibb Texnikasının Təmiri Zavodu”, “Bakı Nefqazmədən Avadanlıqları Zavodu” və “Gəncə-Qənnadı” ASC-ləri, habelə “Sumqayıt Tekstil”, “Gəncə Xalça Kombinatı”, “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərdə investorlar tərəfindən görülən işlərin monitorinqi aparılıb və investorlarla mövcud vəziyyət müzakirə edilib.
Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 6%-ə yaxın artım qeydə alınıb.


Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb