lider-media.az

52 məzun qızıl və gümüş nişana layiq görülüb

Baxış: 9192 Tarix: 17-07-2025, 15:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), 283 (2 nəfər), 297, 314 nömrəli tam orta məktəblərin, 70, 83 və 264 nömrəli məktəb-liseylərin, 291 nömrəli Ekologiya liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey (5 nəfər), 220 nömrəli məktəb-lisey (3 nəfər), 2 nömrəli texniki-humanitar lisey, Texniki-humanitar lisey və  287 nömrəli “Zəkalar” liseyinin (5 nəfər) məzunları qızıl nişanla təltif edilib.

Həmçinin 47, 274 nömrəli tam orta məktəblər, 83, 166 nömrəli məktəb-liseylər, “Ankara məktəbi” məktəb-lisey (3 nəfər), “Tərəqqi” texniki-humanitar lisey (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunları isə gümüş nişanla təltif edilib.

Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülən məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi