“Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” beynəlxalq forumunda innovasiya və rəqəmsal iqtisadiyyat sahəsində yeni trendlərin tətbiqi, sənaye sektorunun transformasiyasında biznesin rolu barədə müzakirələr aparılıb.
İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.
Forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Azərbaycanın mövqelərinin yüksəlməsi iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması ilə bağlıdır. Bu isə öz növbəsində bilik və bacarıq tutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradaraq dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir.
Diqqətə çatdırılıb ki, süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri - bu transformasiyanın bir hissəsidir.
Vurğulanıb ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər görülür.
İqtisadiyyat naziri qeyd edib ki, rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Ölkəmizdə bu çağırışa cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir.
4SİM-in icraçı direktoru Fariz Cəfərov təqdimatında sənaye transformasiyası üçün zəruri olan üçlü yanaşmadan - biznes, texnologiya və təşkilati transformasiyadan bəhs edib, “Sənaye 4.0 Hazırlıq Proqramı”nın mahiyyəti barədə məlumat verib.
Tədbir çərçivəsində “Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsini uğurla başa vurmuş “METAK” şirkətinin təsisçisi Alik Kərimov, “Azerfloat” şirkətinin baş direktoru Emil Həsənov və “STP” şirkətlər qrupunun baş icraçı direktoru v.i.e Ələkbər Abbaslı çıxış edərək proqramın müəssisələrin fəaliyyətinə və məhsuldarlığına müsbət təsirlərindən bəhs ediblər.
Beynəlxalq ekspert Andres Kadoska “Dünyada transformasiya təşəbbüsləri necə həyata keçirilir? Sənaye 4.0 Mərkəzləri və dəstək proqramları” mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq təcrübələr fonunda Azərbaycanda atılan addımların əhəmiyyəti vurğulanıb.
Tədbirdə texnoloji, ekosistem, insan kapitalının inkişafı üzrə tərəfdaşlarla 4SİM arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi keçirilib. “Festo”, “Koç Digital”, “MEXT” Texnologiya Mərkəzi, “Honeywell”, “SMC” kimi texnologiya şirkətləri ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “Sabah City”, habelə ADNSU, ADA, İqtisad Universiteti, BANM, AzTU və BMU ilə imzalanan niyyət protokolları və anlaşma memorandumları 4SİM-lə əməkdaşlığın qurulmasına və inkişafına xidmət edəcək.
Forumda rəqəmsal iqtisadiyyatla bağlı qlobal trendlərə həsr olunmuş panel müzakirələri təşkil olunub. Beynəlxalq ekspert Cengiz Ulubaşın moderatorluğu ilə keçən paneldə “MEXT” Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, “Honeywell” şirkətinin regional meneceri Oktay Başer, Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Dr. Hamad Salem Mejegheer və SOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək regional təcrübələr, müasir texnologiyaların tətbiqinin yaratdığı iqtisadi təsirlər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində yerli və beynəxalq şirkət və startapların texnoloji həllərinin nümayiş olunduğu sərgi təşkil olunub. Burada 10-dan çox şirkət Sənaye 4.0 sahəsində öz həllərini təqdim edib. “Sabah City” layihəsi xüsusi maraqla qarşılanıb. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan, startap inkubatorları, akseleratorlar, vençur fondları, texnologiya transfer ofisləri və qabaqcıl tədqiqat mərkəzlərini bir araya gətirən innovasiya klasteridir.
Tədbidə, həmçinin “NigArt” Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib, gələcəyin texnologiyalarına maraq və yaradıcılıq təşviq olunub.








Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr və görüşlər keçirilib
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb