lider-media.az

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizdən çoxu tikinti-quraşdırma işlərinə sərf olunub

Baxış: 27135 Tarix: 10-07-2025, 17:03

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizdən çoxu tikinti-quraşdırma işlərinə sərf olunub

Cari ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb. İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2672 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 6070 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi