lider-media.az

Azərbaycanın fiqurlu konkisürəni: Dünya çempionatında əsas hədəfim ilk “onluğ”a düşməkdir

Baxış: 206 Tarix: 30-01-2024, 14:23


“Dünya çempionatında iştirak edəcəyimə görə sevincliyəm. Çünki bunun üçün çox çalışırdım”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanan Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva deyib.

O, Çinin Taypey şəhərində keçiriləcək yarışda əsas hədəfinin ilk “onluğ”a düşmək olacağını bildirib: “Artıq təlim-məşq toplanışına start vermişik. Hazırlıqlarımız yüksək səviyyədə təşkil olunub. Məşqlər gün ərzində səhərdən axşama kimi davam edir. Dünya çempionatında uğurlu nəticə əldə etmək istəyirəm”.

Qeyd edək ki, Səbinə Əliyeva mundiala vəsiqəni Türkiyənin İzmir şəhərində təşkil olunmuş “Ephesus Cup” yarışında ikinci olmaqla əldə edib. Dünya çempionatı fevralın 26-dan martın 3-dək keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi