lider-media.az

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıb

Baxış: 3250 Tarix: 9-07-2025, 16:25

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıbCari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib. Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1 faiz çox olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib, proqnoz 103,6 faiz icra olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 546,8 milyon manat və ya 9,3 faiz artıb.

Ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunun, 26,2 faizi isə neft-qaz sektorunun payına düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi