lider-media.az

Körpüyə aparan yanaşma yollarının genişləndirilməsinə başlanılıb VİDEO/FOTO

Baxış: 4134 Tarix: 8-07-2025, 12:08

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə start verilib.

Genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq. Layihəyə əsasən, zəruri sahələrdə istinad divarlarının tikintisi, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün isə piyada səkilərinin inşası nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi