Bu gün “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olur. Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb. Artıq 9 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti əlvan və qara metal filizi yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata, sosial-iqtisadi inkişafa davamlı töhfələr verir.
Qeyri-neft sektorunu təmsil edən aparıcı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC dövrdə yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüş sataraq ölkə iqtisadiyyatına 1 milyard 690 milyon manatdan çox (təxminən 1 milyard ABŞ dolları) vəsait cəlb edib. Bunun 1 milyard 592 milyon manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216 milyon 433 min manat vergi, 34 milyon 845 min manat isə sosial ödəniş həyata keçirilib.
Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1 263 nəfər çalışır. İş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi nəticəsində QSC və onun törəmə cəmiyyətlərində xəsarətsiz iş saatlarının ümumi sayı 7,6 milyonu ötüb.
QSC əlvan və qara metal yataqlarının kəşfi və tədqiqi sahəsində ən müasir və innovativ texnologiyalardan, o cümlədən hiperspektral və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə etməklə, milli dağ-mədən sənayesinin elmi-texnoloji inkişafına və resurs potensialının dəqiq qiymətləndirilməsinə mühüm töhfə verir.
Bununla yanaşı, Səhmdar Cəmiyyəti “Made in Azerbaijan” brendi altında qızıl və gümüş sikkə, eləcə də qızıl külçə məhsullarını daxili pərakəndə bazarda uğurla realizə etməkdədir. Müasir istehsal həlləri, o cümlədən "Smartminting" texnologiyası ilə hazırlanmış qiymətli məhsullar milli-mədəni dəyərlərimizin təbliğinə töhfə verir, həmçinin yüksək likvidliyə malik etibarlı investisiya aləti kimi çıxış edir.
Fəaliyyətini ekoloji norma və tələblər, sosial məsuliyyətlilik prinsipi əsasında təşkil edən “AzerGold”un 9 illik fəaliyyəti onun dayanıqlı inkişaf modelini, qeyri-neft sektorunun şaxələndirilməsindəki rolunu və milli iqtisadiyyata verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir. Dövlət şirkəti bundan sonra da ölkənin mədən sənayesinin və sosial-iqtisadi rifahının inkişafına töhfə verməyə davam edəcək.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?