lider-media.az

Nazirlikdə UNESCAP-ın nümayəndə heyəti ilə görüş olub

Baxış: 41199 Tarix: 5-07-2025, 13:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Mİllətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. 
Nazir gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional və qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi və yaşlı əhalinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.
A.S.Alişahbana Azərbaycanda sosial və iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirdiyini, bu istiqamətdə ölkəmizlə UNESCAP arasında davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşdə UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi