Polis əməkdaşları ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar
Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub.
Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.