lider-media.az

DİN ötən gün könüllü təhvil verilən və qanunsuz saxlanılan silah-sursatın sayını açıqlayıb

Baxış: 72 Tarix: 22-01-2024, 10:43



Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 20-21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 21 müxtəlif markalı tüfəng, 13 patron darağı və 540 müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 3 tapança, 3 müxtəlif markalı tüfəng, 5 patron darağı və 66 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi