lider-media.az

Masallı sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Baxış: 593 Tarix: 25-01-2024, 09:13


Masallı rayon sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi