lider-media.az

Mina partlayışı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır

Baxış: 670 Tarix: 21-01-2024, 23:57


Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi