lider-media.az

Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd edib

Baxış: 4211 Tarix: 3-07-2025, 11:47

rusiyali-qiz-oz-olkesinden-cixa-bilmek-ucun-terror-aktina-cehd-etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.

2002-ci il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı hazırlığında iştirakı aşkar edilərək qarşısı alınıb.

Bildirilir ki, o, 2024-cü ilin iyun ayında teleqram və vatsap vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə yaradıb. Rusiyadan çıxışa və Avropa İttifaqı ölkələrindən birinin vətəndaşlığını almağa kömək müqabilində diversiya-terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.

O, tapşırığa uyğun olaraq Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən şüarlar yazıb və dəmiryolu infrastruktur obyektini yandırmağa cəhd göstərib.

2025-ci ilin aprel ayında isə Sankt-Peterburqa gedib və orada müdafiə sənayesinə aid müəssisələrdən birinin əməkdaşını izləyib. Məqsədi kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə etməklə həmin şəxsin avtomobilini partlatmaq olub. O, terror aktı planlaşdırılan şəxsin avtomobilinin altına həmin qurğunu yerləşdirdiyi an saxlanılıb. 

Onun barəsində həbs qətimkan tədbiri seçilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi