lider-media.az

Ersin Tatar: "Bizi hər zaman dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"

Baxış: 4255 Tarix: 2-07-2025, 17:07


Şimali Kiprin Prezidenti: "Biz öz ölkələrimizlə fəxr etməliyik”
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətini hər zaman dəstəkləyib. Buna görə Azərbaycan dövlətinə, prezidentinə və xalqına təşəkkür etmək istəyirəm”.
Lider-media.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bunu iyulun 2-də Azərbaycan Texniki Universitetində “Fəxri Doktor” adına layiq görülməsi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. 
Türk dünyasının bir parçası olan Şimali Kiprin müstəqillik yolunda inamla irəlilədiyini dilə gətirərək vurğulayıb: “Şimali Kipr Türk Cümhuriyyəti Qafqazda, Anadoluda, Orta Asiyada bütün türk dünyasının şərəf və həssas nöqtəsidir. Bu gün biz elə bir dünyada yaşayırıq ki, Qəzzada, Suriyada, Ukraynada, İraqda baş verənlər göz qabağındadır. Bu baxımdan biz öz ölkələrimizlə fəxr etməliyik”.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi