lider-media.az

Şimali Kipr Prezidenti Azərbaycana gəldi

Baxış: 54342 Tarix: 2-07-2025, 13:28

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana gəlib.
Lider-media.az xəbər verir ki, hava limanında Ersin Tatarı xarici işlər nazirinin müavini Samir Şərifov və Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qarşılayıb. Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.
Eyni zamanda E.Tatarın səfər çərçivəsində  bir sıra tədbirlərə qatılacağı da gözlənilir.
Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi də nəzərdə tutulub.




 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi