lider-media.az

Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib

Baxış: 21175 Tarix: 2-07-2025, 06:15


İrandan narkotik vasitələrin tranzitində və onlayn dövriyyəsində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Lider-media.az xəbər verir ki, saxlanılan şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlar vəkillərlə təmin edilib.

Məhkəmədə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara ayrı-ayrılıqda baxılıb.

Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi