Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib. Saxlanılarkən Şahin Şıxlinski təhqir edilib, onu yıxıb yerlə sürüyüblər və döyüblər. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Voronejdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionun ən böyük Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilovu, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınskini, həmçinin “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevi saxlayıblar.