"Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar". Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
O bildirib ki, ekspertizanın rəyinə əsasən, meyitin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Ə.Həsənov qeyd edib ki, dünən meyitlər axşam 10-11 radələrində bizim şöbəyə qəbul edildi. Meyitlerin müayinəsi gecəyarısı başa çatıb."Biz ekspertiza zamanı Səfərov Hüseyn Mehdi oğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdeyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda qançırlar. Xayalıqda qançırlar. Aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı".
O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur.
"Meyitin daxili müayinəsində isə kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xəttlər üzrə yerdəyişmiş sınıqları aşkarlandı. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyerlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlandı. Bundan başqa, Periton partlaması, qanla örtülməsi müəyyən edildi".
O bildirib ki, Səfərov Huseyn Mehdi oğlunun ölüm səbəbini posttravmatik və posthəmarragik şok olub.
"Meyitləri müayinə etməmişdən əvvəl onların ölüm haqda tibbi şəhadətnamələrini təqdim etdilər. Sverlovsk vilayətinin verdiyi ölüm haqda şəhadetnaməler verilib. Səfərov Hüseyn Mehdi oğlunun ölüm haqda şəhadətnaməsində ölüm səbəbi travma göstərilib".
Qraçova Kseniya Valeryevanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib. İkinci qardaşın rəyində isə ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı