lider-media.az

Çindən Azərbaycana yeni qatar marşrutu açılıb

Baxış: 17481 Tarix: 30-06-2025, 17:32

Çindən Azərbaycana yeni yük qatarı marşrutu istifadəyə verilib.

Qatar bu gün paytaxt Pekinin Fanşan rayonundakı beynəlxalq quru limanından yola düşüb.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə hərəkət edəcək qatarın 15 gün ərzində Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri 30 gün daha tez Bakıya çatdıracaq.

Avtomobil hissələri, mexaniki ləvazimatlar və digər malların yükləndiyi qatar Horqos terminalından Qazaxıstana, oradan da Xəzər dənizi vasitəsilə Bakıya çatacaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi