Türkiyənin İstanbul şəhərində beynəlxalq səviyyəli “Global Transport Connectivity Forum” öz işinə başlayıb. Forumda yüksəkvəzifəli siyasətçilər, nəqliyyat sahəsi üzrə nazirlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, sənaye liderləri, özəl sektor nümayəndələri və aparıcı ekspertlər iştirak edirlər.
Tədbirdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və optimallaşdırılması, eləcə də logistika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində yüksəksəviyyəli müzakirələr aparılır.Forum çərçivəsində BMT və Dünya Bankının iştirakı ilə Orta Dəhliz üzrə nazirlərin qapalı görüşü də baş tutub. Görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən əsas marşrutlardan birinə çevrilib. O qeyd edib ki, Azərbaycan bu sahədə öz öhdəliklərinə sadiq qalaraq regional layihələrin icrası və tranzit axınının təhlükəsizliyini təmin etmək üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Forum çərçivəsində nazir Rəşad Nəbiyev, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Rusiya Prezidentinin köməkçisi İqor Levitin və Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə baş direktorunun müavini Simon Mordue ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Fərman imzaladı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı