lider-media.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İtaliya Respublikasında işgüzar səfərdədir

Baxış: 98 Tarix: 28-06-2025, 12:54

Nazir Məcnun Məmmədov İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasında işgüzar səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio ilə görüşüb.

Görüşdə nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindən Azərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatının keçirilməsi məsələsi müzakirə edilib.

İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Federasiya müasir kənd təsərrüfatı texnika və avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir. Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatı texnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsinin artırılması, Azərbaycanda İtaliya Kənd Təsərrüfatı Texnikası Mərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edən texnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi