lider-media.az

AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

Baxış: 37249 Tarix: 28-06-2025, 10:40

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Bu barədə Lider-media.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi