lider-media.az

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir

Baxış: 4161 Tarix: 27-06-2025, 17:27


“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşın təxliyəsi uğurla həyata keçirilib.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub. Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.

Vətəndaşların təhlükəsiz hərəkəti üçün xüsusi nəqliyyat vasitələri ayrılıb və onlar Bakı istiqamətində yola salınıblar.

Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Hazırda da əcnəbi vətəndaşların təxliyəsi ilə bağlı proseslər koordinasiyalı şəkildə davam etdirilir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi