Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli iyunun 25-26-da Londonda “İqlim İnnovasiya Forumu - 2025”də iştirak edib. London İqlim Fəaliyyəti Təşkilatının təşəbbüsü ilə tarixi “Guildhall” Sarayında keçirilən Foruma dünyanın biznes, maliyyə, vətəndaş cəmiyyəti elitasından 2000 nəfərdən çox təmsilçi qatılıb.
Toplantıda Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya üzrə dövlət katibi Ed Miliband, COP29 Prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva, Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi Reyçel Kayt, London meri Sadıq Xan, COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai və digər şəxslər çıxış ediblər.
Forum çərçivəsində “Təbiətə müsbət yanaşma: təhlükəsiz və ədalətli gələcəyə keçid” adlı nəşrin təqdimatı da baş tutub. Mərasimdə Qlobal Cənub QHT Platformasının bu xüsusda fəaliyyəti diqqət mərkəzində olub. Müvəqqəti Baş katib Ramil İskəndərli təqdimatda çıxış edib:“Bu əsərin müəlliflərinin baxışı bizim baxışımızla üst-üstə düşür: bu hamı üçün ədalətli, inklüziv və davamlı gələcəyi təmin etmək baxışıdır. İqlim dəyişmələrinə ən çox məruz qalan Qlobal Cənub regionu təbiətə əsaslanan müsbət keçid prosesinin mərkəzində dayanmalıdır. Biz Qlobal Cənubda təbiətə əsaslanan həllər üçün genişmiqyaslı, inklüziv və riskləri azaldılmış ədalətli maliyyələşmənin təmin olunmasında maraqlıyıq. Platformamız iqlim fəaliyyətinə dair qərarlar zamanı Qlobal Cənubun vətəndaş cəmiyyəti təsisatlarının rəyinin gözardı edilməməsinə çağırır. Qlobal Cənub QHT Platforması bu işə töhfə verməkdə, dialoq məkanı olmaqda davam edəcək. Bu, iqlim maliyyəsinin ədalətli, ləyaqətlə və etimad prinsipləri əsasında bölüşdürülməsi deməkdir”.
Xatırladaq ki, aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri iyunun 19-da Almaniyada keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbirdə 32 ölkədən 47 QHT təmsilçisi və iqlim fəalları iştirak edib.
Ramil İskəndərli bildirib ki, Bonn müzakirələri zamanı götürülmüş qeydləri Qlobal Cənub QHT Platforması Londonda keçirilmiş “İqlim İnnovasiya Forumu - 2025”də səsləndirib.
Son 2 ay ərzində Qlobal Cənub QHT Platformasının Nyu York, Bonn, London təmasları göstərir ki, bu Platforma Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərinin aradan qaldırılması, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək, etimad quruculuğu işinə töhfə vermək üçün əzmlə çalışır.
Qeyd edək ki, mayın 29-da Nyu Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib də Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışladığını bəyan edib.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?