lider-media.az

Rəcəb Tayyib Ərdoğan: Tramp Ukrayna üzrə danışıqlar aparmaq üçün Putinlə Türkiyədə görüşməyə hazırdır

Baxış: 18123 Tarix: 27-06-2025, 06:02

Rəcəb Tayyib Ərdoğan: Tramp Ukrayna üzrə danışıqlar aparmaq üçün Putinlə Türkiyədə görüşməyə hazırdır

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Donald Tramp Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə sülh danışıqları üçün Türkiyəyə gələcəyi təqdirdə, özü də bu məqsədlə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib. Bu barədə Türkiyə Prezidenti Haaqada keçirilmiş Şimali Atlantika Alyansının sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən bu barədə ABŞ Prezidentinə Haaqadakı görüşümüz zamanı məlumat verdim. Tramp bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin İstanbul və ya Ankaraya nizamlanma üçün gələrsə, o da gələcək. Zəruri təmasları həyata keçirəcəyik və ümid edirəm ki, ən qısa zamanda görüşə biləcəyik”, – deyə “Anadolu” agentliyi Prezident Ərdoğanın sözlərindən sitat gətirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi