Qeyd edək ki, Kəbənin örtüyü Məkkədə yerləşən Kral Əbdüləziz Kisvə Kompleksində istehsal olunur. Kompleksdə təxminən 200 usta və inzibati işçi çalışır. Burada uzunluğu 16 metr olan və kompüterlə idarə edilən dünyanın ən böyük tikiş maşını fəaliyyət göstərir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı əvvəlcə Kəbənin örtüyünü hər il Zilhiccə ayının 9-cu günü, Arafə günü dəyişirdi. Lakin 2022-ci ildən bu qayda dəyişdirilərək, yeniləmə prosesi Hicri ilin ilk günü — Məhərrəm ayının 1-nə salınıb.